Taksi sürücülərinin işi asanlaşdı - Fərqlənməni daha rahat alacaqlar

16:30 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Taksi sürücüləri artıq Azərpoçtdan da fərqlənmə nişanını əldə edə biləcəklər.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, yeni qayda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılıb: “Şəhərlərarası gediş-gəlişə məhdudiyyət qoyulduqdan sonra biz düşündük ki, taksi sürücülərinin işini asanlaşdıraq.

 Belə ki, bundan sonra onların bir şəhərdən digər şəhərə gedib DANX-ın regional mərkəzinə yaxınlaşmasına ehtiyac qalmır. Bundan sonra nazirliyin digər qurumu olan Azərpoçt artıq sənədləşmə prosesində iştirak edir. Sürücülər Azərpoçtun hər regionda olan filialına yaxınlaşaraq fərqlənmə nişanını əldə edə bilərlər. Onlar bu sənədi əldə etdikdən sonra sürücü haqqında məlumat "icaze.e-gov.az" saytına yerləşdiriləcək”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər