Prezident vətəndaşları məsuliyyətli olmağa çağırdı

16:51 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva Sumqayıtda maska istehsal edən müəssisənin açılışında iştirak edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı açılışda bildirib ki, Azərbaycanda artıq dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib: "Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri".

 

Bütün xəbərlər