Süni qiymət artımında əli olanlar ciddi cəzalandırılacaq - Prezident

17:03 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Sumqayıtda maska istehsal edən müəssisənin açılışında bir sıra vacib məsələlərə toxunub.

ABC.AZ xəbər verir ki, dövlət başçısı bildirib ki, maska və yerli digər istehsal başlayandan sonra qiymətləri artırmaq xəyanət kimi qiymətləndiriləcək: "İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək".

 

Bütün xəbərlər