Azərbaycanda 3D printerlərlə “üz sipəri” maskasının istehsalına başlanıb - Gündə 150 ədəd

17:31 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Sumqayıtdakı yeni maska istehsalının açılışında dövlət başçısına və birinci xanıma Azərbaycanda istehsal olunan tibbi spirt, dezinfeksiya məhsulları və qoruyucu vasitələr barədə məlumat verilib.

ABC.AZ-ın məlumatına görə, bildirilib ki, spirt məhsulunun qablaşdırılması və daşınması üçün müxtəlif həcmli qablar da yerli istehsaldır. Hazırda 6 şirkət isə dezinfeksiyaedici məhlullar istehsal edir. Sonra STEAM-Azərbaycan layihəsi barədə məlumat verilib.

Qeyd olunub ki, 2019-2020-ci tədris ilinin əvvəlindən Heydər Əliyev Fondunun dəstəyi ilə tətbiqinə başlanılan bu layihənin əsas məqsədi ümumtəhsil məktəblərində şagirdlərin müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini genişləndirməkdir. Layihə çərçivəsində koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb. Hazırda gün ərzində 150 ədəd bu cür maska istehsal olunur.

 

Bütün xəbərlər