Azərbaycan Mərkəzi Bankı depozit hərracında 300,3 milyon manat cəlb edib

12:58 - 8.01.2018


8 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 8-də növbəti depozit hərracını keçirib.

AMB-nın məlumatında deyildiyi kimi, hərracda 300 milyon manat cəlb edilib.

“Növbəti depozit hərracında tələb 300,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil etmişdir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər