OPEC+ görüşü gözləntisində neft qiymətləri yüksəlir

10:03 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Neft qiymətləri, neft hasil edən ölkələrin hasilatın azaldılmasına razılaşmalı olacaq OPEC+ görüşünü gözləyərkən, çərşənbə axşamı günü artır.

Dow Jones'un yazdığına görə, neftin qiyməti ABŞ və Avropada COVİD-19 koronavirus infeksiyasının yayılmasının yavaşlaya biləcəyi ehtimalı ilə artmaqdadır.

Aprelin 6-da Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in iyun fyuçersi $1,06 (3,1%) azalaraq bir barelə $ 33,05 təşkil etmişdir.

İyun fyuçersi saat 9:10-da $0,98 (2,97%) yüksələrək bir barelə $34,03 təşkil etmişdir.

Aprelin 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin may fyuçersi

$2,26 (8%) ucuzlaşaraq bir barelə $26,08 təşkil etmişdir.

May ayı üzrə fyuçers qiyməti  saat 9:10-da $0,92 (3,53%) bahalaşaraq bir barelə $27,00 təşkil etmişdir.

 

Bütün xəbərlər