13:15 - 8.01.2018
8 yanvar, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) ilə Belarus Valyuta-Fond Birjası birgə əməkdaşlığa dair memorandum imzaladılar.
Bakı Fond Birjasının məlumatında deyildiyi kimi, memorandum, Bakı Fond Birjasının İdarə Heyətinin Sədri Vüqar Namazov və Belarus Valyuta-Fond Birjasının İdarə Heyətinin Sədri Andrey Auximenya tərəfindən imzalanmışdır.
“Memorandumun məqsədi hər iki təşkilat arasında qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, birja fəaliyyətinin effektiv və dayanıqlılığının təmin edilməsi istiqamətində birgə təcrübənin bölüşdürülməsi, listinqin inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin bazara çıxarılmasında hüquqi bazanın öyrənilməsi və xarici investorların kapital bazarlarına çıxarılması üçün post ticarət institutları arasında əlaqələrin qurulmasına dəstəyin göstərilməsi, eləcədə təlim və təcrübə proqramlarının təşkil edilməsindən ibarətdir”, - məlumatda belə deyilir.
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024