330x110
 

“Baku Steel Construction” ASC-nin yeni nizamnaməsi təsdiq ediləcək - Yığıncaq

07.04.2020,11:25


7 aprel, Fineko/abc.az. “Baku Steel Construction” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, yığıncaq mayın 26 saat 15.00-da, Bakı şəhəri, Binəqədi şossesi 53 nömrəli ünvanda yerləşən inzibati binada olacaq.

Yığıncağın gündəliyinə “Baku Steel Construction” ASC-nin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi; “Baku Steel Construction” ASC-nin 2019-cu maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi, “Baku Steel Construction” ASC-nin balansında olan əsas vəsaitlərinin silinməsi və digər məsələlər daxildir.

Müəllif: Elmir Murad