Leqallaşan kapital iqtisadi fəallığın yüksəlməsinə gətirib çıxara bilər - Proqnoz

12:00 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Azərbaycanda əmlak və kapital amnistiyası ola biləcəyinin proqnozunu verib.

ABC.AZ-ın məlumatına görə, V. Qasımlı qeyd edib ki, amnistiya nəticəsində leqallaşan kapital ölkədə investiya qoyuluşunun artımı, qiymətli kağızlar bazarının inkişafı, bank sektorunda canlanma, nağdsız dövriyyənin böyüməsi, büdcə gəlirlərinin artması və iqtisadi fəallığın yüksəlməsi ilə nəticələnə bilər: “Bunun üçün amnistiyanın forması, şərtləri, müddəti, məqsədləri, əhatəsi müəyyənləşdirilməli və ən əsası qarşılıqlı etimad mühiti təmin olunmalıdır. Kapital və gəlir amnistiyası elə həyata keçirilməldir ki, deklarasiya olunan vəsaitin həm də sərmayə kimi yatırılması imkanları olsun. Məsələn, deklarasiya olunan kapitalın hazırda tikintiyə istiqamətlənməsi daha çox multiplikativ effekt yaratmaq gücündədir. Deklarasiya olunan vəsaitlər banklar, investisiya fondları, marketmeyker institutları, investisiya şirkətləri, fond birjası, finteklər, investisiya bankları, sənaye parkları, aqroparklar, texnoparklar və başqa vasitələrlə real iqtisadiyyata yönlədirilə bilər”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər