190 manatı almaq üçün İZAH

12:06 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Bildiyiniz kimi işsiz olaraq qeydiyyata alınan şəxslər aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə alacaqlar.  Hazırda işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır.

ABC.AZ 190 manatı almaq üçün prosüdurları sizə təqdim edir.  İşsizlik statusunu rəsmiləşdirmək üçün ilk olaraq www.e-sosial.az saytına daxil olun.

Daha sonra, e-xidmətlər bölməsini açın.

Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə  daxil olmalısınız. Bunun üçün “İstifadəçi FİN-i ilə” xanasını seçirsiz.

Onlayn qaydada İstifadəçi FİN-nin əldə olunması üçün saytda qeydiyyatdan keçməlisiniz. Odur ki, “Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edirsiz.

Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.  İstifadəçi FİN ilə  daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin. Əgər sistemdə problemlə qarşılaşsanız onda 108-ə zəng edin.

 

Bütün xəbərlər