Qaydaları pozan 1500 nəfərə yaxın şəxs saxlanılıb - Polis tərəfindən

12:26 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Xüsusi karantin rejiminin pozulmasına görə 06.04.2020-ci il saat 00:00-dan 07.04.2020-ci il 08:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında 861-i Bakı şəhərində olmaqla nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 499 nəfər inzibati məsuliyyətə cəlb edilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsi yayıb. Məlumatda qeyd olunub ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 6 945 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər