Fürsət dəyəri uyğun olsa amnistiya kapital sahiblərini onu leqallaşdırmağa cəlb edəcək - Vüsal Qasımlı

14:09 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Beynəlxalq təcrübə göstərir ki, kapitalın leqallaşdırılması onun sahiblərinin maraqlarını ifadə etməlidir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, xüsusən də, kapitalın gəlirliliyi (Return On Equity) elə bir səviyyədə olmalıdır ki, leqallaşmadan sonra kapitaldan xalis gəlir əldə etmək imkanı çoxalsın: "Əgər fürsət dəyəri (opportunity cost) uyğun olacaqsa, amnistiya kapital sahiblərini onu leqallaşdırmağa cəlb edəcəkdir. Bu gün bütün dünyada səhmlərin dəyəri düşdüyündən investorlar “nağd pul şah”dır deyirlər. Bu da bir şansdır ki, əllərdəki nağd pul leqallaşmağa meyllənsin. Bu ilin martında Azərbaycanda 20 min manatdan artıq bəzi pul sahibləri Maliyyə Monitorinqi Xidmətinə deklarasiya olunacağını bilib dollarlaşmaya getmədilər. Amnistiya belə kapital sahiblərinə də cəlbedici ola bilər”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər