Azərbaycan və Gürcüstan arasında gediş-gəliş tam dayandı - Nazirlikdən açıqlama

15:40 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Gürcüstanın Azərbaycanla sərhədində yerləşən bütün sərhəd-keçid məntəqələri gediş-gəliş üçün bağlanıb.

ABC.AZ Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər Nazirliyi bildirib. Məlumata görə, Azərbaycanda koronavirus epidemiyasının qarşısının alınması məqsədilə aprelin 5-dən 20-dək yerüsütü və hava daşınmaları dayandırılıb. Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü”, “Laqodexi”, “Samtskaro” və “Mtkvari” sərhəd-keçid məntəqələri fiziki şəxslərin hərəkəti üçün bağlanıb. Bu məhdudiyyətlər yük daşımalarına şamil olunmur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər