Almaniyada ərzaqa qadağa qoyuldu - Normadan artıq satılmır

15:42 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Almaniya hökuməti ölkədə elan edilmiş xüsusi rejimlə əlaqədar qaydaları sərtləşdirib. Belə ki, artıq Avropa ölkəsində bəzi ərzaqların sayla satılmasına başlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan azərbaycanlı jurnalist Fərahim İlqaroğlu paylaşıb.

O qeyd edib ki, bu gündən etibarən marketlərdən 1 ədəd mətbəx kağızı, 1 ədəd tualet kağızı, 2 qutu makaron, 2 qutu un, 2 qutu düyü, 5 paket süd və s bu kimi qidalardan artıq almaq qadağandır.

Jurnalistin sözlərinə görə, bnununla bağlı artıq marketlərdə elan da yerləşdirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər