AzerGold tender keçirir

16:13 - 7.04.2020


7 aprel, Fineko/abc.az. “AzerGold” QSC Samux-Gəncə-Çovdar Filiz Emalı Sahəsi, Daşkəsən mərkəz-Daşkəsən-Çovdar Filiz Emalı Sahəsi marşrutları və əks istiqamətlərdə işçilərin daşınması xidmətinin satın alınması üçün açıq tender keçirir.

Tenderdə iştirak haqqı 200 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 23.04.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 01.05.2020 15:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 04.05.2020 15:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Aygül Tağıyeva

Telefon: (994 12) 505-02-02

 

Bütün xəbərlər