Qonşu ölkədə sarımsaq 73,0% bahalaşıb - Ərzaqların qiyməti də artıb

17:20 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Gürcüstanda ötən ay ən çox bahalaşan qida məhsullarının siyahısı açıqlanıb.

ABC.AZ Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bahalaşmaya ən şox məruz qalan sarımsaqdır. Belə ki, adıçəkilən tərəvəzin qiyməti martda 73,0% artıb. Qiyməti 66,85% artan limon da ən çox bahalaşanlar sırasında ikincidir. Qiymət artımına görə sonrakı yerlərdə 63,1%-lə qarabaşaq (qreçka), 61,55% alma, 58%-lə qarpız, 34,5%-lə çuğundur,

Şaftalı (33,71%), kartof (32,87%), üzüm (32,51%) və 31,5%-lə kivi gəlir.  Qeyd edək ki, qonşu ölkədə mart ayında infilyasiya göstəricisi aylıq müqayisədə 0,7% təşkil edib.

Müəlif: Elmir Murad

 

Bütün xəbərlər