330x110
 

190 manatı almaq üçün müraciət sadələşdirildi - Nazirlikdən yeni xəbər

07.04.2020,17:28


7 aprel, Fineko/abc.az. 190 manat birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalında müraciət qaydası sadələşdirilib.

ABC.AZ xəbər verir ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı daha bir məlumat yayıb. Nazirlikdən nildirilib ki, hazırda vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır. “Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müraciət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.

Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir” deyə məlumatda qeyd olunub.

Müəllif: Elmir Murad