Sahil Babayev: Karantin rejimi uzadılsa, növbəti aylarda da maddi yardım veriləcək

18:16 - 7.04.2020


 7 aprel, Fineko/abc.az.  Ailədə əməkhaqqı alan varsa, digər ailə üzvlərinə yardım edilməyəcək.

ABC.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib. 

Nazir bildirib ki, işsizliklə bağlı müavinət almaq üçün hazırda işləyən sahibkarlar da müraciət edir: “Müraciətlərin 60 faizi bunları əhatə edir. Bu da bizim işimizi, prosesi ləngidir. Tələbələr, hərbçilər, adına pay torpağı olanlar işsiz hesab edilmir. Biz istənilən müraciəti elektron qaydada yoxlayırıq. Artıq 10 mindən artıq müraciət emal edilib. Birdəfəlik ödənişə bir ailənin iki üzvünün hüququ yaranırsa belə, ödəniş yalnız onların birinə ödəniləcək. Xüsusi karantin rejimi uzadılsa, növbəti aylarda da bunu alacaqlar”.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər