“BakuBus”şirkəti № 175 saylı paytaxt marşrutuna xidmət göstərəcək

16:07 - 8.01.2018


8 yanvar, Fineko/abc.az. “BakuBus MMC” şirkəti 175 saylı paytaxt marşrutuna xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyinin məlumatında deyildiyi kimi, marşrut,  6 yanvar tarixində çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi ilə əlaqədar “BakuBus” MMC-nə  verilib.

“175 saylı paytaxt marşrutunda “BakuBus” şirkətinin standartlara uyğun olan avtobusları  xidmət göstərəcək. Həmçinin, marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. 13 yanvar tarixindən bu xətt üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən “28 may” metrostansiyasınadək hərəkət edəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər