"Sənaye Sığorta"nın cəmi kapitalı artıb - 12 milyon manatdan çox

10:47 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Sənaye Sığorta" ötən ilin maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, şirkətin əsas əməliyyat xərcləri 4 039 348,33 manat təşkil edib ki, onun da böyük hissəsini - 2 213 022,97 manatı sığorta ödənişləri, 1 713 152,00 manatı isə təkrar sığortaya verilən sığorta haqları təşkil edib.

Bundan başqa, şirkət 2019-cu ildə işlərin aparılmasına 1 826 821,57 manat xərcləyib.

Nəticədə "Sənaye Sığorta" 2019-cu ili 976 240,81 manat əməliyyat mənfəəti ilə başa vurub. 195 248,16 manat mənfəət vergisi ödəyəndən onra şirkətin xalis mənfəəti 780 992,65 manat təşkil edib.

Ötən ilin sonunda "Sənaye Sığorta"nın aktivləri 18 480 066,76 manat, öhdəlikləri 6 177 093,14 manat təşkil edib. Şirkətin cəmi kapitalı isə 6,8% artaraq 12 302 973,62 manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər