“Bakı Sığorta” hesabat açıqladı - Cəmi gəlirləri də azalıb

11:26 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Bakı Sığorta” ötən ilin maliyyə hesabatını açıqlayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki,2018-ci illə müqayisədə 2019-cu ildə “Bakı Sığorta”nın cəmi gəlirlərinin cüzi azalması ilə bərabər xərclərinin artması illik müqayisədə mənfəətin azalmasına səbəb olub.

Bununla yanaşı ötən il “Bakı Sığorta” ASC-nin topladığı sığorta haqları 1 milyon 163 min manat, sığorta ödənişləri isə 239 min amanat təşkil edib. 2018-ci ildə şirkətin topladığı sığorta haqları 1 milyon 25 min manat, sığorta ödənişləri isə 197 min manat təşkil etmişdi.

Ötən il “Bakı Sığorta” 814 min manat investisiya gəlirləri əldə edib. Müqayisə üçün qeyd edək ki, şirkət 2018-ci ildə 730 min 88 manat investisiya gəlirləri əldə etmişdi.

 

Bütün xəbərlər