330x110
 

Neft heç vaxt əvvəlki yüksək qiymətə qayıtmayacaq - Araz Ağalarov

08.04.2020,11:42


8 aprel, Fineko/abc.az. Neftin dəyərinin 10 dollara qədər ucuzlaşması inandırıcı görsənmir.

ABC.AZ xəbər verir ki, bunu Rusiyada yaşayan azərbaycanlı biznesmen, “Krokus” şirkətinin sahibi Araz Ağalarov “Komsomolskaya Pravda”ya açıqlamasında deyib.

İş adamının sözlərinə görə, neftin qiyməti hər zaman qızıl ətrafında dönür. A.Ağalarov qeyd edib ki, uzun illər əvvəl neftin qiyməti 1 dollar olanda qızılın da qramı 1 dollara idi: "Ona görə də aydındır ki, hazırda neftin orta illik qiyməti qızılın qramının dəyəri ətrafında dönəcək. Ərəb ölkələrini götürək. Dollarlar, dinarlar onlar üçün şərtidir. Onların bütün zənginliyi qızılda saxlanılır. Qızılın qramı 50 dollar ətrafında dövrə vurur. Ona görə də neftin orta illik qiyməti də 50 dollar olmalıdır".

A. Ağalarov həmçinin neftin heç vaxt əvvəlki kimi yüksək qiymətə qayıtmayacağını və bunun alternativ enerji ilə bağlı olduğunu söyləyib.

Müəllif: Elmir Murad