330x110
 

Elektrik enerjisinin istehsalı artıb - Hesabat

08.04.2020,12:18


8 aprel, Fineko/abc.az. Azərbaycan elektrik enerjisinin istehsalını 3% artırıb. Bu ilin birinci rübündə respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 175,1 mln. kVt•st (2,57%) artaraq, 6 967,7 mln. kVt•st olub.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, 2020-ci ilin I rübündə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 295,6 mln. kVts, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 83,6 mln. kVts, Müstəqil Elektrik Stansiyaları üzrə 588,5 mln. kVt•st təşkil edib.

2020-ci ilin I rübü ərzində elektrik enerjisinin ixracı 483,2 mln. kVt•st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 29,9 mln. kVt•st azalıb. Elektrik enerjisinin idxalı 27,0 mln. kVt•st olmaqla, ötən ilin I rübünə nisbətən 14,0 mln. kVt•st azalıb.