Rusiyada vətəndaşlıq alma sadələşir - Yeni qanun layihəsi hazırlanır

17:05 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Rusiya vətəndaşlıq almaq istəyənlər üçün qaydaları sadələşdirir. Rusiya Dövlət Duması vətəndaşlıq almanın sadələşdirilməsi ilə bağlı yeni qanun layihəsinin müzakirəsinə hazırlaşır.

ABC.AZ Rusiya mətbuatına istinadə xəbər verir ki, qanun layihəsi qəbul edilərsə, Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər mövcud olan vətəndaşlıqdan imtina etməyə bilərlər.

Belə ki, mövcud qanunvericiliyə əsasən, Rusiyada vətəndaşlıq və ya müvəqqəti yaşama icazəsi üçün müraciət etdiyi gündən beş il müddətinə bu ərazidə yaşayan əcnəbilər vətəndaşlıq ala bilərlər. Yeni qanun layihəsinə görə isə 18 yaşına çatmış və vətəndaşlığı olmayan şəxslər, SSRİ vətəndaşı olduqda, SSRİ-nin tərkibində olan dövlətlərdə yaşamış və yaşadıqları bu dövlətlərin vətəndaşlığını almamış şəxslər sadələşdirilmiş prosedurdan istifadə edə bilərlər.

Eyni zamanda, Rusiya Federasiyasının ərazisində müvəqqəti və ya daimi yaşayan şəxslər ölkə ərazisində yaşayan RF vətəndaşı ilə evlənibsə və bu evlilikdən ortaq övladları varsa, onlar da vətəndaşlıq ala bilərlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər