330x110
 

Yaxın günlərdə testlərin sayı artırılacaq - TƏBİB sədri

08.04.2020,17:40


 8 aprel, Fineko/abc.az. Karantin zonalarında vətəndaşlar qaydalara əməl etmirlər. 

ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

 R.Bayramlı  bildirib ki, gömrük-keçid məntəqələrinin yaxınlığında otellər tibb məntəqəsinə çevrilib və orada tibb işçiləri profilaktik müayinələr həyata keçirirlər: " Poliklinikanın baş həkimi öz iş yerini ora köçürüb. Həmin tibb işçilərinə öz təşəkkürümü bildirirəm. Təəssüflər olsun ki, vətəndaşlar karantin rejiminə bəzən əməl etmirlər. Nəticədə biz müəyyən edirik ki, bir kəsdə virus var, sonra bəlli olur ki, onun təmasda olduğu şəxslərin də yoluxub. Ona görə də karantin zonalarında toplaşmaq olmaz. 

Eyni zamanda diaqnostika tədbirlər də davam etdirilir. Yaxın günlərdə testlərin sayının artırılması da nəzərdə tutulub. Təcili yardım əməkdaşları simptomları olan şəxslərdən evlərdə nümunələr götürürlər. Həmin şəxslərə testlərin cavabı çıxana kimi evdə qalmaq tapşırılır”.