Ramin Bayramlı : Daha ciddi tədbirlər görülməsi üçün prezidentə müraciət edəcəyik

17:44 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Karantin rejiminə əməl olunmaması bu gün sayın artmasına səbəb olub.

ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

R.Bayramlı bildirib ki, virusun inkubasiya dövrü 14 gün çəkə bilir: “Buna görə ötən həftə virusa yoluxanlarda simptomlar bu günlərdə özünü göstərir və qeydə alınır. Əgər vətəndaşlar karantin rejiminə yenə də riayət etməsələr, biz daha ciddi tədbirlər görülməsi üçün ölkə rəhbərinə müraciət edəcəyik. 

Vətəndaşlar 2-3 həftə səbr edib evdə qalsa və inkubasiya dövrünü təcrid şəraitində keçirsə, biz yoluxma zəncirini qıra bilərik və bundan sonra ənənəvi həyatımıza davam edərik”.

Bütün xəbərlər