Aprelin 20-dən sonra karantin rejiminin sərtləşdirilməsi gözlənilir -Rəsmi

17:59 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Aprelin 20-dən sonra karantin rejiminin nəinki yüngülləşdirilməsi, əksinə, sərtləşdirilməsi gözlənilir.

ABC.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

O qeyd edib ki,   insanlar karantin rejiminə əməl etmir və yoluxanlar, cərimələnənlər hər gün artır: "Bu templə davam edərsə, aprelin 20-dən sonra ölkədə daha sərt qərarlar verilə bilər. Buna görə də vətəndaşlar karantin rejiminə əməl etməlidirlər. 

İcazə məsələsindən sui-istifadə edirlər. Bu qaydalara da yenidən baxıla, məhdudiyyətlər daha da sərtləşdirilə bilər!"

 

Müəlif: Elmir Murad  

Bütün xəbərlər