Sahibkarlara pandemiyadan dəyən zərərin ödənilməsinə start verildi - Proses 3 mərhələdə olacaq

10:26 - 9.04.2020


9 aprel, Fineko/abc.az. Sahibkarlara və onların işçilərinə koronavirus pandemiyasından dəyən zərərin ödənilməsi proqramına bu gündən start verilir.

ABC.AZ xəbər verir ki, proses 3 mərhələyə bölünüb.

İlkin mərhələdə, hədəf pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi və mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsidir.

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınmasına hesablanan bu proqram 300 min işçi, 42 min işəgötürən və bundan əlavə, təxminən 300 min fərdi və ya mikro sahibkarı əhatə edəcək.

Dövlət muzdlu işçilərin əməkhaqqının saxlanmasına 215 milyon manat maliyyə dəstəyi ayırıb. Bu məbləğ 2 bərabər hissəyə bölünərək aprel və may aylarında ödəniləcək. Bu ödənişlərdən əlavə dövlət sosial sığorta ayırmaları da hesablanaraq ödəniləcək.

 

Bütün xəbərlər