330x110
 

Mikayıl Cabbarov: "712 manatdan daha aşağı əməkhaqqı alanların maaşları tam həcmdə ödəniləcək"

09.04.2020,10:33


9 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi sahibkarlara və onların işçilərinə koronavirus pandemiyasından dəyən zərərin ödənilməsi proqramına start verilib.

ABC.AZ xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov bu məsələyə münasibət bildirərək deyib ki, müəssisələrin muzdlu işçilərə ödədiyi əməkhaqqının dəstəklənməsi məqsədilə əsas meyar kimi ölkədə yanvar ayına olan orta əməkhaqqı məbləği götürülüb.

Onun sözlərinə görə, bu, 712 manat təşkil edir və bu məbləğdən daha aşağı əməkhaqqı alan hər bir işçinin əməkhaqqı tam həcmdə  müəssisəyə ödəniləcək: " Bu gündən, həmçinin mikro və fərdi sahibkarlara da ödəniş proqramına start verilir. 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir. Maliyyə dəstəyini tezləşdirmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə müraciət edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür".