Nazir mikro sahibkarlara veriləcək ödənişlərə aydınlıq gətirdi - 250 manatdan az olmayacaq

10:42 - 9.04.2020


9 aprel, Fineko/abc.az. Hər bir mikro və ya fərdi sahibkara ödənilən minimal məbləğ 250 manatdan az olmayacaq.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarlara ödəmələr məsələsinə münasibət bildirərkən deyib.

Burada maksimal məbləğə toxunan nazir bunun 5000 manat həcmində olduğunu qeyd edib. Onun sözlərinə görə, bir çox fərdi sahibkarların muzdlu işçiləri də var və bu şəxslər də dövlət proqramından yararlanacaq: " Biznes kreditlərinə dəstək proqramlarına isə 1,5 milyard manat ayrılıb. Atılan addımlar sahibkarlara bu müddət ərzində yeni planlar qurmaq və bizneslərini inkişaf etdirmək üçün bir fürsətdir. Dövlət strukturları iş yerlərinin azaldılmaması, işçilərin ixtisar olunmaması, biznes itkilərini azaltmaq üçün sadalanan istiqamətlərdə fəaliyyət bərpa olunandan sonra da zəruri dəstəyi verəcək."

 

Bütün xəbərlər