Dünya Bankı ölkələrə 160 milyard dollar dəstək göstərəcək - Siyahıda Azərbaycan da var

11:04 - 9.04.2020


9 aprel, Fineko/abc.az. Həssas insanlara, ailələrə kömək üçün pul köçürmələri, tibbi yardım üçün subsidiyalar, müvəqqəti biznes kreditləri və müəssisələrə vergi güzəştləri tənəzzülü yumşaltmaq və iş yerlərini qorumaq üçün vacibdir.

ABC.AZ xəbər verir ki, bu Dünya Bankının region üzrə İqtisadi Bülletenin 2020-i il buraxılışında əksini tapıb.

Avropa və Orta Asiyanın formalaşmaqda olan bazarlarında və inkişaf etməkdə olan ölkələrində iqtisadi artım 2019-cu ildə 2,2 faizə qədər azalmışdı.

Dünya Bankı Qrupu inkişaf etməkdə olan ölkələrə pandemiyaya qarşı cavab tədbirlərini gücləndirmək, xəstəliklərə nəzarət səviyyəsini artırmaq, səhiyyə müdaxilələrini yaxşılaşdırmaq və özəl sektorun fəaliyyətini davam etdirməsi və iş yerlərini saxlaması üçün geniş və sürətli tədbirlər görür. O, növbəti 15 ay ərzində yoxsulları və həssas qrupları qorumaq, biznesi dəstəkləmək və iqtisadi bərpaya təkan vermək üçün ölkələrə 160 milyard dollara qədər maliyyə dəstəyi verməyi planlaşdırır" deyə buraxılışda qeyd olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər