330x110
 

Milli Məclis Elman Rüstəmov barədə qərar verdi

09.04.2020,11:48


  9 aprel, Fineko/abc.az.  Milli Məclisdə Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ müzakirə olunub.

 ABC.AZ xəbər verir ki, məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, sonuncu dəfə E.Rüstəmov bu vəzifəyə Milli Məclis tərəfindən 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqlənib.

Həmin il aprelin 9-da isə Prezident İlham Əliyev bu təyinatla bağlı sərəncam imzalayıb. Hazırda E.Rüstəmovun 68 yaşı var və o 25 ildir AMB-yə rəhbərlik edir. 

 

Müəllif: Elmir Murad