330x110
 

Avropa İttifaqı Azərbaycana 14 milyon avro verəcək - Koronovirusla mübarizə üçün

09.04.2020,12:11


 9 aprel, Fineko/abc.az.  Avropa İttifaqı koronavirusla mübarizə üçün Azərbaycana 14 milyon  avro məbləğində vəsait ayıracaq.

 ABC.AZ Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə ali direktoratının rəhbəri, Loueren Meredi öz "twitter" hesabında yazıb.

Onun sözlərinə görə, İttifaq ümumilikdə 883 milyon avro vəsait ayıracaq və onun 14 milyonu Azərbaycana,    183 milyonu Gürcüstana,   92 milyonu Ermənistana, 60 milyonu Belorusa, 87 milyonu Moldovaya, 190 milyonu isə Ukraynaya çatacaq.

 

 Müəllif: Elmir Murad