Azərbaycanda işsizliyin səviyyəsi neçə faizdir? - Baş nazirdən açıqlama

12:27 - 9.04.2020


9 aprel, Fineko/abc.az. 2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% olub.

ABC.AZ-ın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin təqdim etdiyi video hesabatda deyib.

Ə.Əsədovun sözlərinə görə, Azərbaycanda işsizliyin səviyyəsi ən aşağı - 4,8% olub.

 Baş nazir qeyd edib ki, dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat, xərcləri isə 24,4 milyard manat təşkil edib. 2019-cu ildə ilk dəfə olaraq Neft Fondunun aktivləri 40 milyard manatı ötüb. Xarici borc 9 milyard 91 milyon manat olub. Keçən il investisiyaların 70%-i daxili, 30%-i isə xarici investorlar hesabına həyata keçirilib. Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”.

Bütün xəbərlər