Elman Rüstəmov kreditlərin dondurulmasından danışdı - Hazırda işlər gedir

12:40 - 9.04.2020


9 aprel, Fineko/abc.az. Milli Məclisin bugünkü iclasında bankların verdiyi istehlak kreditlərinə də toxunulub.

ABC.AZ deputat Aydın Mirzəzadə karantin dövründə kredit borclarının dondurulmasını təklif edib.

E.Rüstəmov isə millət vəkilinə cavabında bununla bağlı müzakirələrin aparıldığını deyib.  “Bu istiqamətdə hazırda işlər gedir. Yaxın günlərdə ictimaiyyətə açıqlanacaq” deyə Baş bankir bildirib.

 

 Müəllif: Elmir Murad

Bütün xəbərlər