Aİ Şərq Qonşuluğu regionunda COVID-19 ilə mübarizə üçün 960 milyon avrodan artıq maliyyə vəsaiti ayırır

14:20 - 9.04.2020


9 aprel, Fineko/abc.az. Aİ Şərq Qonşuluğu regionunda COVID-19 ilə mübarizə üçün 960 milyon avrodan artıq maliyyə vəsaiti ayırır.

ABC.AZ xəbər verir ki, aprelin 8-də Avropa Komissiyası və Aİ-nin Ali Nümayəndəsi tərəfindən tərəfdaş ölkələrin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə Aİ-nin dəqiq və məqsədyönlü planının işlənib hazırlanacağına dair məlumatı açıqlanıb.

Şərq Qonşuluğu regionuna gəlincə, Aİ Azərbaycan daxil olmaqla, altı  ölkəyə COVID19 pandemiyasının fəsadlarının aradan qaldırılması ilə bağlı təcili dəstək qismində 80 milyon avro, qısamüddətli dəstək qismində isə 883 milyon avro maliyyə dəstəyi ayıracaq.

 

Bütün xəbərlər