330x100
 

Koronavirus Rusiya büdcəsinə ciddi zərbə vuracaq - Mixail Mişustin

09.04.2020,14:37


9 aprel, Fineko/abc.az. Rusiyanın Baş Naziri Mixail Mişustin 2020-ci ildə koronavirusun ölkə büdcəsinə ciddi zərbə vuracağını bildirib.

ABC.AZ Rusiyanın “TASS” informasiya resursuna istinadən xəbər verir ki, baş nazir artıq cari ildə neft və qaz gəlirlərində ciddi çatışmazlıq olacağını qeyd edib.

“Ola bilsin ki, biznesin dəstəklənməsinə yönəlmiş tədbirlər də yetərsiz olsun. Vəziyyət sürətlə dəyişir, problemlər isə artır”, - deyə Mişustin əlavə edib.

Müəllif: Elmir Murad