Nazirlik fərdi evlərin tikintisi üçün tender keçirir

14:49 - 9.04.2020


9 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Respublikanın 34 şəhər və rayonunda (Ağcabədi, Ağdaş, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şirvan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Yardımlı, Yevlax, Zaqatala, Qax, Qazax, Qobustan, Qusar) cəmi 500 ədəd olmaqla fərdi evlərin tikintisi üçün açıq tender keçirir.

Tenderdə iştirak haqqı 2500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 12.05.2020 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 21.05.2020 17:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 22.05.2020 15:00 tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Anna Elyaşina

Telefon: (994 12) 5964409

Ünvan : Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85

Bütün xəbərlər