330x110
 

Strateji valyuta ehtiyatlarımız 51 milyard dollara çatıb - Baş nazir hesabat verdi

09.04.2020,14:56


9 aprel, Fineko/abc.az. 2019-cu ildə əvvəlki ilə nisbətən əhalinin nominal gəlirləri 7,4 faiz artıb.

ABC.AZ xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov aprelin 9-da Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda bildirib.

Baş nazir qeyd edib ki, orta aylıq nominal əməkhaqqı 16,6 faiz artaraq 635 manat təşkil edib.

Ə. Əsədovun sözlərinə görə, inflyasiyanı nominal gəlirlərin artımı 4,8 faiz bəndi, orta aylıq əməkhaqqı isə 14 faiz bəndi üstələyib: “Dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat və ya 104,5 faiz, xərcləri isə 24,4 milyard manat və ya 97,0 faiz səviyyəsində icra olunub. Ötən dövrdə dövlət büdcəsinin şəffaflığının və ünvanlılığının təmin edilməsi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Nəticədə vergi və gömrük borcları üzrə yığım səviyyəsi yüksəlib, qeydiyyatdan keçmiş ödəyicilərin sayı əhəmiyyətli dərəcədə artıb. Strateji valyuta ehtiyatları hesabat ilinin əvvəlindən 14,2 faiz artaraq 51 milyard dollara çatıb və ÜDM-in həcmini üstələyib".

Müəllif: Elmir Murad