Vətəndaşlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitlərin xərclənməsinə nəzarət edəcək

15:32 - 9.04.2020


9 aprel, Fineko/abc.az. Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsaitin xərclənmə mexanizmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-yə qonaq olarkən deyib ki, vəsaitin xərclənməsi zamanı şəffaflıq maksimum təmin olunacaq.

Onun sözlərinə görə, bununla bağlı komissiya yaradılacaq: "Komissiyada alimlər, deputatlar, maliyyəçilər, iqtisadçılar olacaq. Həmin adamlar qərar verəcək ki, istiqamət hara xərclənsin. Onlar həm də vəsaitin xərclənməsinə nəzarət edəcəklər.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytında vəsaitin xərclənməsi bölümü var. O bölməyə vətəndaşlar daxil olub hər bir qəpiyin hansı istiqamətə xərcləndiyi haqqında məlumat ala biləcək”.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110,847,432 manat yardım köçürülüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər