Biznes və əhaliyə dəstək üçün vəsait artırılacaq - Nazirdən açıqlama

15:50 - 9.04.2020


9 aprel, Fineko/abc.az. Hökuməti koronavirus pandemiyası nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinə dəstək üzrə tədbirlər paketini 3 milyard manat ($1,76 milyard) məbləğində qiymətləndirir.

ABC.AZ-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Real TV-yə açıqlamasında bildirib. Nazir qeyd edib ki, bu tədbirlər dövlət büdcəsi və digər mənbələrdən maliyyələşdiriləcək:

"Bu vəsait sahibkarlıq subyektləri və əhaliyə maliyyə dəstəyinin göstərilməsinə yönəldiləcək. Əhaliyə yardımın məbləği təxminən 400 milyon manat ($235 milyon) təşkil edəcək".

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər