330x110
 

Aİ Azərbaycanda nar istehsalına dəstək verəcək - Müqavilə imzalanıb

09.04.2020,17:10


9 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Avropa İttifaqının kənd təsərrüfatı sahəsində ümumi dəyəri təxminən 2 milyon avro olan 4 qrant müqaviləsi Azərbaycanın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

ABC.AZ xəbər verir ki, 4 qrant müqaviləsində Şəki-Zaqatala və Dağlıq Şirvan ərazilərində məsləhət xidmətləri vasitəsilə yerli qida istehsalı, eləcə də kiçik və orta ölçülü fermaların təşviqi, yeni dəyər zənciri modellərinin yaradılması və aqro-turizmin inkişafı, nar istehsalı ilə məşğul olan yerli fermerlər qrupunun yaradılması, onların transformasiyasının dəstəklənməsi və nar dəyər zəncirində qabaqcıl təcrübəyə nail olma, o cümlədən Aran İqtisadi Regionunda qida təhlükəsizliyini təmin etmək üçün pestisid və gübrələrdən istifadə ilə bağlı onlara təlimlərin keçirilməsi daxildir.