330x110
 

Azərbaycanda bu resursların inkişafına 2 milyon avro ayrılıb - Siyahı

09.04.2020,17:20


9 aprel, Fineko/abc.az. Bildiyiniz kimi Avropa İttifaqı Azərbaycanın kənd təsərrqfatında 4 qrant layihəsi həyata keçirəcək.

ABC.AZ Aİ-nin Azərbaycan Nümayəndəliyinə istinadən xəbər verir ki, bu qrantlar  cənub regionlarında kənd ev təsərrüfatlarına gəlirlərini artırmaqda kömək edəcək dayanıqlı aqro-turizm və eko-turizmin inkişafı üzrə mexanizmin yaradılmasını, və Azərbaycanın bütün regionlarında yeni bazar imkanlarının, yaradıcı brendinq və marketinqin inkişafı, eləcə də innovativ kənd təsərrüfatı resursları ilə qadınlar arasında aqro-sahibkarlığın gücləndirilməsi, habelə gəlirlərin artırılması vasitəsilə əsl yerli qida irsinin təşviqini özündə əks etdirir.

Layihəyə həm də Bakıda qadınların idarə edəcəyi qida irsi kafesinin yaradılması da daxildir.

Müəllif: Elmir Murad