OPEC+ sövdələşməsinin pozulması perspektivi səbəbindən neft qiymətləri azalıb

10:07 - 10.04.2020


10 aprel, Fineko/abc.az. 23 OPEC+ ölkəsinin elan etdiyi hasilatın sutkada 10 mln. barrel kollektiv şəkildə azaldılmasının bazarın sabitləşməsi üçün kifayət olmayacağı və ya fikir ayrılığı səbəbindən son anda baş tutmayacağına dair şübhələr fonunda, cümə axşamı günü yekununda neft ucuzlaşdı.

OPEC + ölkələrinin videokonfransı ilkin razılaşmalar gətirib çıxardı ki, bu da may-iyun aylarında hasilatın sutkada 10 milyon barel azaldılması ilə nəticələnməlidir. Ancaq Meksika hələ də böyük azalmalara getməyə hazır deyil.

Aprelin 9-da ICE Futures birjasında keçirilən ticarətin nəticələrinə görə, Brent iyun fyuçersinin qiyməti $1,35 (4,14%) düşərək bir barelə $ 31,48 təşkil edib.

Aprelin 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin may fyuçersi $2,33 (9,29%) çoxalaraq bir barelə $22,76 təşkil etmişdir.

Bütün həftə ərzində danışıqlar ərəfəsində neft bahalaşıb. Cümə günü səhər ticarət aparılmır.

 

Bütün xəbərlər