330x110
 

Bakıda bir neçə ərazidə obyektlər bağlatdırılıb - Karantin qaydalarını pozublar

10.04.2020,10:20


10 aprel, Fineko/abc.az. Bakı Şəhər Ticarət və Xidmət Departamenti, paytaxtın Rayon İcra Hakimiyyətləri, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarınin və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə paytaxtın müxtəlif rayonlarında antisanitar vəziyyətdə olan ət kəsimi və digər qida satışı məntəqələrinin yerlərinin müəyyən edilməsi məqsədi ilə reydlər keçirilib.

ABC.AZ Bakı Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, reydlər nəticəsində bir sıra nöqsanlar aşkarlanıb və müvafiq qaydada tədbirlər görülüb.

Belə ki, Ceyhun Hacıbəyli, Mirmahmud Kazımovski, Yusif Vəzirov, Qədir Məmmədov və digər ünvanlarda sanitar qaydaları pozan, karantin tələblərinə əməl etməyən ət kəsimi yerləri müəyyənləşdirilib. Həmin obyektlərin fəaliyyəti dayandırılıb, bəzi məntəqələrin yerləşdiyi tikililər söküldü, istifadə edilən dəmir asqı vasitələri kəsilib, ətraf ərazi dezinfeksiya edilib.

Qeyd edək ki, reydlər mütamadı olaraq paytaxtın bütün rayonlarında keçiriləcək.

Müəllif: Elmir Murad