PASHA Bank B2B - yeni biznes-texnologiyasına start verdi

10:24 - 9.01.2018


PASHA Bank “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan B.EST Solutions şirkəti ilə birlikdə B2B- yeni biznes texnologiyaya start verdi.

Öz fəaliyyəti dövründə PASHA Bank Azərbaycanın qabaqcıl banklarından birinə çevrildi, eləcə də müştərilərinə Türkiyə və Gürcüstanda xidmət göstərərək ölkənin hüdudlarında da öz iştirakını genişləndirmiş oldu. PASHA Bank hər zaman innovativliyə istiqamətlənən banklardan biri olaraq informasiya texnologiyalarının əhaliyə daha əlyetərli olması üçün onların inkişafına daim şərait yaratmışdır. Beləliklə, onlardan daha qabaqcıl olanının tətbiqi korporativ sosial məsuliyyət səviyyəsinin yüksəldilməsinə və korporativ biznesin inkişafına müsbət təsir göstərmişdir. B.EST Solutions şirkəti ilə PASHA Bank-ın əməkdaşlığı Azərbaycanda bank və informasiya sahələrinin inkişafının ümumi istiqamətlərinin anlaşılması nəticəsində möhkəm əlaqələrin bir nümunəsi hesab edilə bilər.

B2B texnologiyası – sahibkarlar arasında köhnə kağız ödəniş tapşırıqları mübadiləsi sisteminə əvəz kimi gələn bank kommersiya əməliyyatlarının yeni səviyyəsidir. Bu texnologiya sayəsində PASHA Bank-ın müştərisi “Asan İmza” mobil elektron imza vasitəsilə ödəniş tapşırıqlarını, standart və təcili ödəmələri, eləcə də vergi və digər büdcə köçürmələrini elektron şəkildə imzalaya və təsdiqləyə bilər. İmzalanan elektron sənədlər avtomatik rejimdə B2B kanalı vasitəsilə banka ötürülür.

İndi bu xidmətdən istifadə edən PASHA Bank-ın istənilən müştərisi B2B kanalı vasitəsilə müəssisənin resurslarının planlaşdırılması sistemini, ERP sistemini bank sistemilə asanlıqla və rahat şəkildə inteqrasiya edə biləcək, eləcə də digər (kağız daşıyıcıları, internet-bankinq, mobil proqramlar və s. kimi) alətlərdən istifadə edərək ödəmələri hesablaya biləcəkdir.

Qeyd etmək lazımdır ki, “Asan İmza” mobil elektron imza sertifikatları PASHA Bank və onun müştəriləri arasındakı maliyyə tranzaksiyalarının nəinki təhlükəsizliyini, eləcə də əməliyyatların mobilliyi, sürəti, həmçinin vəsaitlər və insan resurslarına qənaəti təmin etmiş olur.

Bütün xəbərlər