330x110
 

Türkiyə Ermənistana koronovirusla mübarizədə yardım etməyə hazırdır - Ərdoğandan qəribə açıqlama

10.04.2020,11:31


10 aprel, Fineko/abc.az. Türkiyə Ermənistana Koronavirusla mübarizədə kömək etməyə hazırdır.

ABC.AZ  Rusiyanın Exo-Kafkaza saytına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bu açıqlamanı İstanbulun erməni patriarxı ilə söhbət zamanı dilə gətirib. Ərdoğan, həmçinin Ermənistan vətəndaşlarını vətənlərinə qaytarmağa kömək edəcəyini də vəd edib.

Qeyd edək ki, Erməsintanda bu günədək 921 insan virusa yoluxub onlardan 10 nəfəri isə dünyasını dəyişib.

Müəllif: Elmir Murad