“Standard İnsurance”-ın zərəri kəskin artıb - 2 milyon manata yaxın

11:49 - 10.04.2020


10 aprel, Fineko/abc.az. “Standard İnsurance” Sığorta Şirkəti ASC 2019-cu ili 1 milyon 774 min manat xalis zərər ilə başa vurub.

ABC.AZ Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Standard İnsurance” ardıcıl 2 ildir zərər edir. Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Standard İnsurance”ın xalis zərəri 73,4% artıb.

Qeyd edək ki, ötən il “Standard İnsurance”ın cəmi gəlirləri 11 milyon 483 min manat, cəmi xərcləri isə 13 milyon 257 min manat təşkil edib. Şirkətin xərcləri gəlirlərini üstələdiyindən 1 milyon 774 min manat zərər yaranıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər