Depozit hərracında AMB 250 milyon manat cəlb etməyi planlaşdırır

12:22 - 10.04.2020


10 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB məlumatında deyilir ki, aprelin 13-də keçiriləcək depozit hərracında Bank 250 milyon manat cəlb etməyi planlaşdırır.

Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək. Cəlb olunan vəsaitlər üzrə faiz dəhlizi 6,76% - 7,24% müəyyən edilmişdir.

AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirilir.

 

Bütün xəbərlər