Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq qatarın hərəkəti bərpa edildi

10:34 - 9.01.2018


9 yanvar, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC  Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkətinin bərpa olunmasını bildirib.

ADY-nın məlumatında deyilənə əsasən, qatarın hərəkəti yanvarın 11-dən etibarən yenilənəcək.

“Qatar Naxçıvandan cümə axşamı günü, yanvarın 11-də, Bakı vaxtı ilə saat 7:00-da yola düşəcək, yanvarın 12-si saat 14:25-də Məşhədə çatacaq və həmin gün saat 22:00-da yenidən Bakıya dönəcək. Naxçıvana qatar 14.01.2018-ci il  tarixdən etibarən həftənin bazar günləri saat 6-00-da çatacaq”, - məlumatda belə deyilir.

Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən hərəkətə başlamış, lakin  müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılmışdır.

 

Bütün xəbərlər